Çili sahillərində güclü zəlzələ: 160-dan çox sakin təxliyə edildi

Çili sahillərində güclü zəlzələ:   160-dan çox sakin təxliyə edildi
  24 Yanvar 2021    Oxunub:1701
Çili sahillərində 7 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Çilinin Milli Fövqəladə Hallar İdarəsindən bildirilib.

Məlumata görə, yeraltı təkanların episentri 117 minə yaxın əhalisi olan Punta-Arenas şəhərindən 1328 kilometr cənubi-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşir.

Güclü zəlzələdən sonra yarana biləcək sunami təhlükəsi ilə əlaqədar Çilinin Antarktika Bölgəsində yerləşən bazalardan 160-dan çox insan təxliyə edilib.

Azvision.az


Teqlər: Çili   Zəlzələ  





Xəbər lenti