14 gün dağıntılar altında qalan şaxtaçı xilas edildi

14 gün dağıntılar altında qalan şaxtaçı xilas edildi
  24 Yanvar 2021    Oxunub:1478
Çinin Şandon vilayətində qızıl mədənində baş vermiş partlayışdan sonra 14 gün dağıntı altında qalan şaxtaçıların mədəndən çıxarılmasına başlanılıb.
Azvision.az xəbər verir ki, təxminən 600 metr dərinlikdə qalan şaxtaçıların xilası üçün quyu qazılıb.

Yanvarın 24-də şaxtaçılardan biri çıxarılıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda yeri müəyyən edilmiş digər 10 şaxtaçının çıxarılması və digərlərinin yerinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, yanvarın 10-da Çisia şəhərində özəl şirkətlərdən birinə məxsus mədəndə partlayış olub. Hadisə nəticəsində 22 şaxtaçı ilə əlaqə kəsilib.

Azvision.az


Teqlər: Çin   Şaxta   Mədən  





Xəbər lenti