Qarabağda 1281 erməni hərbçisinin meyiti tapılıb

   Qarabağda 1281 erməni hərbçisinin meyiti tapılıb
  24 Yanvar 2021    Oxunub:1567
Qarabağda axtarış işləri zamanı Azərbaycan erməni tərəfinə 30 hərbçinin cəsədinin qalıqlarını təqdim edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Unan Tadevosyan deyib.

Onun sözlərinə görə, hələ onlarla meyit müharibə baş vermiş ərazilərdə qalır.

Qeyd edilib ki, noyabrın 13-dən bu günə kimi döyüş əməliyyatları zonasında 1281 erməni hərbçisinin cəsədi tapılıb.

Bundan əvvəl səhiyyə naziri Anait Avanesyan Dağlıq Qarabağdakı müharibə zamanı həlak olan 3450 hərbçinin qalıqlarının tibbi ekspertizadan keçirildiyini bildirmişdi.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti