Türkiyəyə daha 6,5 milyon doza vaksin gətirilir

Türkiyəyə daha 6,5 milyon doza vaksin gətirilir
  24 Yanvar 2021    Oxunub:1876
Çindən alınan 10 milyon doza COVID-19 əleyhinə vaksinin ikinci partiyasının birinci hissəsi yanvarın 25-də Türkiyəyə çatdırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir deyib ki, bu partiyada Türkiyəyə 6,5 milyon doza peyvənd gətiriləcək. O, vaksinlərin qalan hissəsinin ölkədə həyata keçirilən tədarük planına uyğun olaraq vaksinasiya proqramı çərçivəsində təslim ediləcəyini vurğulayıb.

Qeyd edək ki, ilkin mərhələdə Çindən Türkiyəyə üç milyon doza “Sinovac” vaksini gətirilib. İndiyədək ölkədə 1 milyon 200 mindən çox insana peyvənd vurulub.

Azvision.az


Teqlər: Türkiyə   Çin   Vaksin  





Xəbər lenti