Baş həkimin həbsinə qərar verildi

   Baş həkimin həbsinə qərar verildi
  24 Yanvar 2021    Oxunub:1495
Binəqədi Rayon Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Azvision.az xəbər verir ki, hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, C.Nəzərov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Azvision.az


Teqlər: Məhkəmə   Həbs  





Xəbər lenti