“Taliban” hərbçilərə hücum etdi: Ölən və yaralılar var

“Taliban” hərbçilərə hücum etdi:   Ölən və yaralılar var
  24 Yanvar 2021    Oxunub:1792
Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə "Taliban" hərəkatının döyüşçüləri arasında silahlı qarşıdurma baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Balh əyalətində qeydə alınıb.

Məlumata görə, “Taliban” döyüşçüləri blokposta hücum ediblər, atışma nəticəsində altı hərbçi xəsarət alıb. Silahlı toqquşma zamanı “Taliban”ın beş döyüşçüsü öldürülüb, daha üç nəfər isə yaralanıb.

Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti