İllik dövriyyəsi 70 milyard dollar olan narkobaron tutuldu

İllik dövriyyəsi 70 milyard dollar olan narkobaron tutuldu
  24 Yanvar 2021    Oxunub:1599
Niderland polisi Çin əsilli narkobaron, “El Çapo” ləqəbli Se Çi Lopu ələ keçirib.
Azvision.az xəbər verir ki, 57 yaşlı Se Çi Lop Avstraliya hakimiyyətinin sorğusuna əsasən Sxipxol aeroportunda tutulub.

Se Çi Lop dünyada ən çox axtarılan cinayətkarlardan biridir. Onun narkokartelinin illik dövriyyəsi 70 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

“El Çapo” Avstraliyaya gətirilən narkotik vasitələrin 70 faizinə nəzarət edib. Hazırda onun ekstradisiyası ilə bağlı işlər aparılır.

Azvision.az


Teqlər: Narkobaron  





Xəbər lenti