Türkiyədə daha 140 nəfər koronavirusdan öldü

  24 Yanvar 2021    Oxunub : 983
Türkiyədə daha 140 nəfər koronavirusdan öldü
Türkiyədə son sutka ərzində 140 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 5277 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 25 073, virusa yoluxanlar isə 2 429 605 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 307 721 pasiyent (son sutkada 5860 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az

Teqlər: Türkiyə   Koronavirus