Son sutkada 13 mindən çox insan virusdan ölüb

Son sutkada 13 mindən çox insan virusdan ölüb
  25 Yanvar 2021    Oxunub:1691
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasına sutkalıq yoluxma və ölüm statistikasını açıqlayıb.
Azvision.az xəbər verir ki, ÜST-ün məlumatına görə, son bir gün ərzində 577 min 301 nəfərdə virusa yoluxma aşkarlanıb, 13 min 688 pasiyent dünyasını dəyişib.

Ümumilikdə isə dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 99 milyon 566 min 486 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 2 milyon 134 min 786 nəfərdir.

İndiyədək 71 milyon 579 min 34 pasiyent xəstəlikdən sağalıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   ÜST  





Xəbər lenti