Rayonlara gediş-gəliş bərpa olundu

  25 Yanvar 2021    Oxunub : 3323
   Rayonlara gediş-gəliş bərpa olundu
Bu gündən Azərbaycanda şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur.

Bununla yanaşı, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.

Azvision.az

Teqlər: Şəhər   Rayon