Biryulevo iğtişaşlarının 4 iştirakçısı azadlığa buraxıldı

Biryulevo iğtişaşlarının 4 iştirakçısı azadlığa buraxıldı
  17 Fevral 2014    Oxunub:1097
Ciddi şikayətlərdən sonra İstintaq Komitəsi əfv barədə qərar qəbul edib və həbsdə olanlar fevralın 11-12-də azadlığa çıxıblar
Rusiyanın İstintaq Komitəsi iğtişaş iştirakçılarını əfv edərək azadlığa buraxılmasına qərar verib.

Moskvanın Qərbi Biryulevo rayonunda baş vermiş iğtişaşlarda günahlandırılaraq həbs edilmiş Timur Musikayev, Andrey Titarenko və Artyom Novikov əfv edilərək azadlığa buraxılıblar. Bu barədə jurnalistlərə Musikayevin vəkili Oleq Anikanov bildirib.

Anikanovun bildirdiyinə görə, ciddi şikayətlərdən sonra İstintaq Komitəsi əfv barədə qərar qəbul edib və həbsdə olanlar fevralın 11-12-də azadlığa çıxıblar. O xatırladıb ki, 25 yaşlı Yeqor Şerbakovun Orxan Zeynalov tərəfindən qətlə yetirilməsindən sonra ərazidə başlamış iğtişaşlarda “Biryuza” ticarət mərkəzi dağıdılıb, polis və xüsusi təyinatlılara ciddi müqavimət göstərilib, xuliqanlıq və digər qeyri-qanuni hərəkətlərə yol verilib. Lakin həmin hadisələrdə iştirak edən sözügedən 4 nəfər barəsində hələ ötən ilin dekabrında əfv olunmaları barədə yazılı müraciət olunub.

Qeyd edək ki, 23 yaşlı Andrey Novikov artıq 3 dəfə müxtəlif cinayətlərdə ittiham olunub. 18 yaşlı Titarenko isə Biryulevo hadisələrində xüsusi fəallığı ilə seçilib. Toqquşmalarda 20 nəfərdən artıq insan, o cümlədən də, 6 polis xəsarət alıb, iğtişaşlarla bağlı 400 nəfər saxlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti