Çində qaz kəməri partlayıb: Ölən və yaralılar var

  25 Yanvar 2021    Oxunub : 850
Çində qaz kəməri partlayıb:  Ölən və yaralılar var
Çinin Dayan şəhərində qaz kəmərinin partlaması nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Partlayış yerli vaxtla təxminən saat 05.50-də yeni Sinpu bölgəsindəki yaşayış komplekslərindən birinin yaxınlığında baş verib.

Əvvəlcə yerli hakimiyyət orqanları səkkiz zərərçəkənin olduğunu və üç nəfərin itkin düşdüyünü bildirib, daha sonra itkin düşənlər tapılıb, ancaq onlardan 2 nəfəri ölüb, üçüncüsü xəstəxanaya çatdırılıb.

İlkin məlumatlara görə, partlayışa qaz kəmərindən sızma səbəb olub. Hadisə yerinə yaxın olan 10 avtomobilə ziyan dəyib, bəziləri yanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Çin