Tramp yeni partiya yaradası olmadı

  25 Yanvar 2021    Oxunub : 1007
 Tramp yeni partiya yaradası olmadı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni partiya yaratmaq fikrində deyil.
Azvision.az xəbər verir ki, bu barədə “Fox News” siyasətçinin müşaviri Ceyson Millerə istinadən məlumat yayıb.

O bildirib ki, Tramp 2022-ci ildə Konqresə keçiriləcək aralıq seçkilərdə respublikaçılara kömək edəcək.

"Tramp hədəfinin 2022-ci ildə Nümayəndələr Palatası və Senatı respublikaçılara qaytarmaq olduğunu açıq şəkildə bildirib”, - Miller deyib.

O, əlavə edib ki, Tramp bu səylər xaricində başqa bir şey planlaşdırmır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: DonaldTramp