Səfir Fərman İsmayılovun öldürüldüyü gəmidə olub - FOTO

Səfir Fərman İsmayılovun öldürüldüyü gəmidə olub -  FOTO
  25 Yanvar 2021    Oxunub:1826
Türkiyənin Qabondakı səfiri Nilufər Erdem Kayğısız nigeriyalı dəniz quldurları tərəfindən hücuma məruz qalmış “Mozart” gəmisində olub.
Azvision.az xəbər verir ki, xanım səfir gəmidə qalan heyətilə görüşüb.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur. Dəniz quldurları tərəfindən qarət edilən gəmi Qabonun Gentil limanında lövbər salıb.

F.İsmayılovun nəşi yanvarın 26-da Türk Hava Yollarının uçuş reysi ilə Azərbaycana göndəriləcək. Gəmidə qalan 3 nəfər isə müalicə üçün nəzarətə alınıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyəsəfiri   Gəmi  





Xəbər lenti