Erməni fəal itkilərin gizlədildiyini ifşa etdi

Erməni fəal itkilərin gizlədildiyini ifşa etdi
  25 Yanvar 2021    Oxunub:2017
Tanınmış erməni ictimai fəal Aram Gevorqyan İkinci Qarabağ müharibəsində ölmüş erməni gənc əsgərlə bağlı məlumatlar paylaşıb.
Azvision.az xəbər verir ki, Gevorqyan Ermənistan tərəfinin itkilərinin gizlədildiyini deyib.

“Artaşes Martirosyan Kacarandan idi və onu orduya ötən ilin iyul ayında çağırmışdılar. Xocavənddə xidmət edib. Müharibə başlayanda 3 ayın əsgəri imiş. İlk gündən döyüş əməliyyatlarına cəlb edilib. Artaşes bir ay sonra- oktyabrın 27-də öz topunun yanındaca öldürülüb”.

Gevorqyan deyir ki, müharibə zamanı yüzlərlə belə hal baş verib. Heç kim ona izah edə bilmir ki, 2 il təlim keçən və ehtiyatda qalanların orduya toplanması niyə dayandırıldı. Hansı ki, bu səbəbdən müharibənin bütün yükü belə uşaqların çiyinlərinə qoyuldu:

“Yəni kimsə 3 aylıq bir əsgərin aktiv döyüşlərdə nə işinin olduğunu mənə izah edə bilmir. İkinci absurd məsələ isə, Artaşesin adının hələ də ölənlərin siyahısında olmamasıdır... Onun cəmi 18 yaşı var idi”.



Qeyd edək ki, Gevorqyan mütəmadi olaraq ordu ilə bağlı anormal hadisələr, eləcə də öldürülmüş əsgərlər haqqında maraqlı faktlar yayır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Təlim   KİV   Xocavənd   Erməni-əsgər  





Xəbər lenti