Rusiyada daha 456 nəfər koronavirusdan öldü

  25 Yanvar 2021    Oxunub : 1461
Rusiyada daha 456 nəfər koronavirusdan öldü
Rusiyada son sutka ərzində koronavirusa 19 290 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 738 690 nəfərə çatıb.

Rusiyada bir gündə 456 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 69 918 nəfərdir. İndiyədək 3 150 763 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya