“Peyvəndin yan təsirləri ilə bağlı müraciət daxil olmayıb” - TƏBİB

 “Peyvəndin yan təsirləri ilə bağlı müraciət daxil olmayıb” -  TƏBİB
  25 Yanvar 2021    Oxunub:1993
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Ölkəmizdə peyvəndləmə dövlət hesabına könüllü həyata keçirilir. Bu məqsədlə 4 milyon doza “Sinovac” peyvəndinin alınması nəzərdə tutulub. “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Birinci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiya olunur.
Vaksinasiyanın başladığı vaxtdan artıq bir həftə keçib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri üzrə vaksinasiya Səhiyyə Nazirliyi tərəfindən, Abşeron, Sumqayıt daxil olmaqla bölgələrdə vaksinasiya işi isə onlar tərəfindən həyata keçirilir.

"Bölgələrədən peyvəndin yan təsirləri ilə bağlı bizə müraciət daxil olmayıb" , - deyə TƏBİB bəyan edib.

Qeyd edək ki, vaksinasiyanın ikinci mərhələsinə fevralın 1-dən başlanılacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  





Xəbər lenti