Şəhidlərin məhkum qohumlarının bir qismi azadlığa buraxılıb

 Şəhidlərin məhkum qohumlarının bir qismi azadlığa buraxılıb
  25 Yanvar 2021    Oxunub:2654
Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir.

Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.
O bildirib ki, Vətən müharibəsində şəhid olmuş şəxslərin cəzaçəkmə müəssisələrində olan valideynləri, yaxın qohumlarının bir hissəsi azadlığa buraxılıb.

"Həmin şəxslərin sayı 30-dan çoxdur və dəqiq uçotu hazırlanıb. Qanunun yol verdiyi hallara uyğun olaarq onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qəti imkan tədbirləri dəyişdirilib, 1 şəhid ailəsi oğlunun dəfnində iştirak etmək üçün səfərə buraxılıb”.

Azvision.az


Teqlər: Şəhid   Qohum   Məhkum  





Xəbər lenti