Ötən il 193 nəfər qəsdən öldürülüb

Ötən il 193 nəfər qəsdən öldürülüb
  25 Yanvar 2021    Oxunub:1135
Ötən il prokurorluq orqanları tərəfindən 1 045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.
Azvision.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında deyib.

Onun sözlərinə görə, 2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayətləri qeydə alınıb ki, onların 94 faizinin açılması təmin edilib.

Azvision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti