Əfqanıstanda İtaliya səfirliyinin maşını partladılıb

Əfqanıstanda İtaliya səfirliyinin maşını partladılıb
  25 Yanvar 2021    Oxunub:1675
Bu gün Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinin zirehli avtomobili partladılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.

Avtomobil əldəqayırma partlayıcı qurğunun hədəfi olub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb, itki yoxdur.

İndiyədək heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti