Dələduzluq edən qardaşlar ələ keçdi

Dələduzluq edən qardaşlar ələ keçdi
  25 Yanvar 2021    Oxunub:1570
Zərdab rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a bildiriblər ki, rayonun Dəliquşçu kənd sakini olan fermerə mobil telefonla zəng edərək yanında çoban işləyəcəyini vəd edərək dələduzluq yolu ilə 1150 manat məbləğində pul ələ keçirən şəxslər yaxalanıblar.

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl Abbasovu, Daşkəsən rayonunun Dəstəfur kənd sakini, əvvəllər məhkum olunmuş Elvin Mürsəlovu və onun qardaşı Rahib Mürsəlovun əvvəlcədən əlbir olaraq müxtəlif fermerlərlə əlaqə saxlayaraq yanlarında çoban işləyəcəkləri, lakin hazırda işlədiyi fermere pul borclu olduqları üçün onlardan müəyyən miqdara pul aldıqları müəyyən edilib.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi işi cinayət işi başlanıb. Hazırda həmin şəxslərin digər şəhər və rayonlarda analoji cinayət törədib-törətməməsinin müəyyənləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti