Ötən il bu partiyalar qeydiyyata alınıb

Ötən il bu partiyalar qeydiyyata alınıb
  25 Yanvar 2021    Oxunub:1532
Hazırda Azərbaycanda 62 siyasi partiya fəaliyyət göstərir.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, ötən il 7 siyasi partiya qeydiyyata alınıb:

“Bunlar Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Gələcək Azərbaycan Partiyası, Xalq Partiyası və Respublikaçı Partiyasıdır”.

Azvision.az


Teqlər: Partiya  





Xəbər lenti