Ermənistanın dövlət borcu 8 milyarda çatır

 Ermənistanın dövlət borcu 8 milyarda çatır
  25 Yanvar 2021    Oxunub:2006
Ermənistanın dövlət borcu 2020-ci il ərzində 647,2 milyon dollar artaraq 31 dekabr tarixinə 7, 968,5 milyard dollar təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ümumi borcun 7,5 milyard dollardan çoxu Ermənistan hökumətinin payına düşür. 2020-ci ilin sonunda ölkənin xarici dövlət borcu 5,593,2 milyard dollar, daxili borc isə 1,915,3 milyard dollar təşkil edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: dövlətborcu  





Xəbər lenti