Fərman İsmayılovun cənazəsi Bakıya göndərilir - FOTO

  25 Yanvar 2021    Oxunub : 2536
 Fərman İsmayılovun cənazəsi Bakıya göndərilir -  FOTO
Türkiyənin Qabondakı səfirliyi “Mozart” gəmisinə nigeriyalı quldurların hücumu zamanı öldürülmüş azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsinin nəqli işlərini həyata keçirir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin paytaxt Librevil şəhərindəki səfirliyi məlumat yayıb.

“Qvineya körfəzində “Mozart” gəmisinə basqın zamanı öldürülən azərbaycanlı qardaşımızın cənazəsinin nəqli işlərini həyata keçiririk”,- səfirlikdən bildirilib.

Məlumatda, həmçinin yaralanmış türkiyəli gəmiçilərin vəziyyətinin yaxşı olduğu vurğulanıb.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.





Pərvanə Sultanova
Azvision.az

Teqlər: Fərmanİsmayılov