“Orduda kim nə istəyirdisə, onu da edirdi” - Erməni politoloq

“Orduda kim nə istəyirdisə, onu da edirdi” -   Erməni politoloq
  25 Yanvar 2021    Oxunub:2495
“Əminəm ki, biz hələ uzun müddət müharibədəki məğlubiyyətin səbəblərini təhlil edəcəyik”.
Azvision.az xəbər verir ki, bunu erməni politoloq Qrant Melik-Şaxnazaryan deyib.

O qeyd edib ki, keçmiş müdafiə naziri David Tonoyan bu gün verdiyi müsahibədə ordu rəhbərliyində problemlərin olmasına diqqət çəkib:

“Kim nə istəyirmişsə, onu da edirmiş. Tonoyan əlbəttə ki, yalan danışmır. Əminəm ki, sabah və ya birisi gün bütün bunlar istintaqın mövzusu olacaq. Siz keçmişdə müdafiə naziri olmuş adamın müsahibəsini oxuyanda sanki qalib gələn bir ordunun komandiri kimi danışdığını gördünüz”.

Şaxnazaryan, həmçinin ordudakı nöqsanların araşdırılmasının vacibliyini vurğulayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Müdafiə-naziri   Tonoyan   Müsahibə  





Xəbər lenti