Yoluxma sayı 100-dən aşağı düşdü

 Yoluxma sayı 100-dən aşağı düşdü
  25 Yanvar 2021    Oxunub:2756
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 273 nəfər müalicə olunaraq sağalıb, 57 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 229 min 32 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220 min 565 nəfər müalicə olunaraq sağalıb, 3093 nəfər vəfat edib. Aktiv xəstə sayı 5374 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 364 min 809 test aparılıb. Bugünkü test sayı isə 3257-dir.


Azvision.az


Teqlər: Koronavirus   Test  





Xəbər lenti