Erməni Apostol Kilsəsinin Ermənistan siyasətinə təsiri təhlil edilib
Bildirilir ki, erməni apostol kilsəsi həmişə erməni millətçiliyi üçün bir qüvvə və ideya mənbəyi olub, bu siyasət hazırda da davam edir. Təhlildə erməni apostol kilsəsinin ictimai sektorda rolu, Ermənistan Konstitusiyası ilə ona verilmiş “xüsusi status” nəticəsində əldə etdiyi imtiyazlar və funksiyalar araşdırılır. Eləcə də, materialda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra dövlət-din münasibətlərində yaranan dəyişiklik, erməni katolikosuna qarşı aparılan kampaniyalar və daha əvvəl erməni daxili siyasətinə qarışmamağa çalışan erməni apostol kilsəsinin İkinci Qarabağ müharibəsindən sonra irəli sürdüyü mövqe nəzərdən keçirilir.
Təhlillə linkdən tanış olmaq mümkündür.
Azvision.az
Teqlər: ErməniApostolKilsəsi