Azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq

 Azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq
  26 Yanvar 2021    Oxunub:2053
"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanmalıdır".
Azvision.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib.

Eyni zamanda qeyd olunub ki, ölkə səviyyəsində su ehtiyatları ilə bağlı problemləri həll etməklə yanaşı, işğaldan azad edilmiş torpaqların su ehtiyatlarından səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirilməli, azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılmalıdır.

Baş nazir diqqətə çatdırıb ki, işğaldan azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdirilməlidir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti