“Türk Hava Yolları” İsrailə uçuşları dayandırır

“Türk Hava Yolları” İsrailə uçuşları dayandırır
  26 Yanvar 2021    Oxunub:1569
“Türk Hava Yolları” aviaşirkəti yanvarın 26-dan 31-dək İsrailə səfərlərin müvəqqəti dayandırılması ilə bağlı qərar verib.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

İsrailə getmək istəyən sərnişinlərin şirkətin ofislərinə və satış mərkəzlərinə müraciət etmələri xahiş olunub.

Səfərlərin dayandırılmasının səbəbi açıqlanmayıb.

Azvision.az


Teqlər: İsrail   Türkiyə  





Xəbər lenti