Şəhid ailələri üçün yeni kvota müəyyən edilir

 Şəhid ailələri üçün yeni kvota müəyyən edilir
  26 Yanvar 2021    Oxunub:2163
Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar işə götürülmə kvotası şəhid ailələrinin üzvlərinə də şamil ediləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna dəyişiklik layihəsi parlamentə daxil olub, yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Şəhid   Ailə  





Xəbər lenti