İki mindən çox şəhidin ailəsinə 11 min manat verilib

İki mindən çox şəhidin ailəsinə 11 min manat verilib
  26 Yanvar 2021    Oxunub:2036
2020-ci ildə hərbi əməliyyatlar nəticəsində şəhid olmuş 2015 nəfərin vərəsələrinə 11 manat birdəfəlik sığorta ödənişi verilib.

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, ağır xəsarət alan hərbçilərdən 2858 nəfərin, yüngül xəsarət alan 3726 nəfərin ya özlərinə, ya da ailələrinə ümumilikdə 32 milyon manat məbləğində sığorta ödənişinin verilməsi davam edir.

“Bu proses davam edir. Əlillik müəyyən edildikdə daha yüksək məbləğdə ödəniş alırlar. Ümumilikdə şəhidlərin üçdə ikisinin ailəsinə ödəniş həyata keçirilib”.

B.Hüseynov bildirib ki, 2790 şəhidin 7190 ailə üzvünə sosial ödənişlər təyin edilib: “Müharibə səbəbindən 11 hərbi qulluqçuya əlillik müəyyən edilib, sosial təminat hüququ qazanıblar. Yaralılarımızın 80 faizə yaxınının ailəsi ziyarət edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şəhid   Ödəniş  





Xəbər lenti