“Qarabağ məsələsində Tehranla dialoqu dərinləşdirməkdə maraqlıyıq” - Lavrov

“Qarabağ məsələsində Tehranla dialoqu dərinləşdirməkdə maraqlıyıq” -  Lavrov
  26 Yanvar 2021    Oxunub:2018
Rusiya Dağlıq Qarabağdakı vəziyyət də daxil olmaqla, bir sıra regional məsələlərdə İranla dialoqu dərinləşdirməkdə maraqlıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdə deyib.

"Ölkələrimizin ətraf bölgələrdəki rolunu nəzərə alaraq, Fars körfəzindəki təhlükəsizlik, Əfqanıstan kimi mövzularda dialoqun dərinləşdirilməsində maraqlıyıq. Əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdikləri razılaşmadan sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı müzakirə apara bilərik", - deyə Lavrov bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti