Azərbaycana yeni mina təmizləmə maşınları gətirilir

  26 Yanvar 2021    Oxunub : 2557
   Azərbaycana yeni mina təmizləmə maşınları gətirilir
Yaxın günlərdə Azərbaycana yeni mina təmizləmə maşınları gətiriləcək.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mühəndis Qoşunları İdarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə 135,5 kilometrdən artıq yolun bərpası işləri aparılıb, 80 kilometrdən çox yeni yollar çəkilib:

"Bu yolların çəkilməsi, ərazilərin təmizlənməsi zamanı 1453 ədəd tank əleyhinə, 5420 ədəd piyada əleyhinə, 17 min 500-dən çox müxtəlif çaplı hərbi sursat zərərsizləşdirilib".

Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın əmrinə əsasən işlərin sürətləndirilməsi, görülən işlərin effektivliyinin artırılması məqsədilə müasir mina təmizləmə maşınları alınıb və yaxın günlərdə Azərbaycana gətirilməsi gözlənilir.

O, həmçinin əlavə edib ki, mina təmizləmə cihazlarının bir hissəsi alınaraq, bölmələrimizin istifadəsinə verilib.

Azvision.az

Teqlər: Mina   Təmizləmə