Karantin yumşalandan sonra bölgələrə turist axını başlayıb
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
"Turistlər daha çox qar yağan və qış turizminin inkişaf etdiyi rayonlara üz tuturlar. Müşahidələrimizi nəzərə alaraq, gediş-gəlişin bərpa olunmasının rayonlara səfər edən insanların sayına müsbət yöndə təsir göstərdiyini deyə bilərəm. Məktəblərdə tətillərin başlaması da aktivliyin artmasına səbəb olan amillərdən biridir. Ümumilikdə isə bir ilə yaxındır ki, pandemiya ilə əlaqədar turizm sənayesi çətinliklərlə qarşı-qarşıyadır. Bununla yanaşı turistlər də səyahət etmək məhdudiyyəti ilə üzləşirlər. Düşünürəm ki, daxili turizmin bərpası turizm sektorunda canlanmaya səbəb olacaq".
Aytən Zəhra
Azvision.az
Teqlər: Turizm