Mədəniyyət Nazirliyində yeni kadr təyinatları

  26 Yanvar 2021    Oxunub : 1772
Mədəniyyət Nazirliyində yeni kadr təyinatları
Mədəniyyət Nazirliyinin regional idarələrində yeni kadr təyinatları olub.
Azvision.az xəbər verir ki, təyinatlarla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Belə ki, əmrə əsasən, Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Digər əmrlə Elbəy Akif oğlu Əli Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Daha bir əmrlə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Faiq Elman oğlu Xudanlıya həvalə edilib.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Vasif Cənnətov son təyinatadək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.

1986-cı il təvəllüdlü Elbəy Əli 2009-2021-ci illərdə Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb. 1981-ci il təvəllüdlü Faiq Xudanlı isə 2011-2021-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən BDU-da pedaqoji fəaliyyət göstərir.

Azvision.az

Teqlər: Mədəniyyət-Nazirliyi   Kadr