Daha bir komitənin onlayn iclası keçirilib

Daha bir komitənin onlayn iclası keçirilib
  26 Yanvar 2021    Oxunub:1897
Yanvarın 26-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

Sadiq Qurbanov məlumat verib ki, 2020-ci ilin payız sessiyası dövründə komitənin 3 iclası keçirilib, 5 məsələyə baxılıb.

Məlumat verilib ki, komitənin 2021-ci ilin yaz sessiyasının iş planına ölkə Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələri, həmçinin bır sıra qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı sənədlər daxil edilib.



Yaz sessiyası ərzində komitədə müvafiq dövlət qurumlarından, QHT-dən və vətəndaşlardan daxil olan təkliflərin təhlili, komitə üzvlərinin təbii ehtiyatlar, energetika və ətraf mühit mövzusunda keçiriləcək toplantılarda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçiriləcək quruculuq işləri ilə bağlı maarifləndirici tədbirlərdə iştirakı nəzərdə tutulub.

Komitə üzvləri Nəsib Məhəməliyev, Asim Mollazadə, Fatma Yıldırım, İltizam Yusifov, Məşhur Məmmədov, Mixail Zabelin, Naqif Həmzəyev, Əliabbas Salahzadə, Anar Məmmədov çıxış edərək hesabat və iş planı barədə öz fikirlərini açıqlayıblar, bir sıra təkliflər səsləndiriblər.

Onlayn iclasda 2020-ci ilin payız sessiyanda komitədə görülən işlər barədə hesabat məqbul sayılıb, 2021-ci ilin yaz sessiyasının iş planı təsdiq edilib.

Azvision.az


Teqlər: MM   Komitə  





Xəbər lenti