Komitənin İctimai Şurasının yeni tərkibi formalaşdırılır

Komitənin İctimai Şurasının yeni tərkibi formalaşdırılır
  26 Yanvar 2021    Oxunub:2460
“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir.
Komitənin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyənlər 09.02.2021-ci il tarixinədək (iş günləri saat 10.:00-dan 17:00-dək) qurum yanında İctimai Şuranın seçki komissiyasına müraciət edə bilərlər. Sənədlər Komitənin kadr və kargüzarlıq şöbəsinə və ya elektron poçt ünvanına ([email protected]) təqdim edilməlidir.

Birgə yığıncaqda təmsilçilərinin iştirakını istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri göstərməklə müraciət edə bilərlər:

səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
təmsil etdiyi vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;
səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi.
Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçki ilə bağlı səsvermə 2021-ci il fevralın 19-da saat 10:00-dan 15:00-dək Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında (Üzeyir Hacıbəyli, 68) keçiriləcək.

Azvision.az


Teqlər: Komitə  





Xəbər lenti