Krasnoyarskda “qara səma” rejimi elan edildi

Krasnoyarskda “qara səma” rejimi elan edildi
  27 Yanvar 2021    Oxunub:3884
Rusiyanın Krasnoyarsk şəhəri ərazisində bu il üçüncü dəfə “qara səma” rejimi elan edilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın İstehlaka nəzarət regional baş idarəsi məlumat yayıb.

“Krasnoyarsk ərazisinin atmosferində əlverişsiz meteoroloji şərait olduğundan havada zəhərli tullantıların olacağı gözlənilir”, - deyə məlumatda bildirilib.

Orqanizmə zəhərli kimyəvi maddələrin daxil olacağı barədə xəbərdarlıq edilib və bu səbəbdən sakinlərə açıq hava şəraitində daha az olmaq məsləhət görülür.

Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti