Putinlə Baydenin telefon danışığının detalları - YENİLƏNİB

Putinlə Baydenin telefon danışığının detalları -  YENİLƏNİB
  27 Yanvar 2021    Oxunub:2781
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, Putin Baydeni prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, Rusiya ilə ABŞ arasında əlaqələrin normallaşması hər iki ölkənin və beynəlxalq birliyin maraqlarına cavab verər.

Prezidentlər, həmçinin Strateji Hücum Silahları haqqında Sazişlə əlaqədar əldə olunmuş razılıqdan məmnun olduqlarını ifadə ediblər.

Bundan əlavə, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq gündəmlə bağlı aktual məsələləri, o cümlədən ABŞ-ın Açıq Səma Sazişindən birtərəfli şəkildə çıxması, İranın nüvə proqramı, Ukrayna böhranının nizama salınması, Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının sammitinin çağırılması məsələlərini müzakirə edib, koronavirus pandemiyası, iqtisadi-ticari sahədə əlaqələri nəzərdən keçiriblər.

Azvision.az


Teqlər: Putin   Bayden  





Xəbər lenti