Ermənistanda virusdan ölənlərin sayı 3056-ya çatdı

 Ermənistanda virusdan ölənlərin sayı 3056-ya çatdı
  27 Yanvar 2021    Oxunub:1456
Ermənistanda son sutka ərzində daha 195 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 166 427 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3056-yə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 761 nəfərdir. Aktiv xəstələrin sayı 6557 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti