Rusiyada koronavirusdan ölənlərin sayı 71 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 71 mini ötdü
  27 Yanvar 2021    Oxunub:1700
Rusiyada son sutka ərzində koronavirusa 17 741 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 774 672 nəfərə çatıb.

Rusiyada bir gündə 594 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 71 076 nəfərdir. İndiyədək 3 202 483 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti