Manukyan polisə çağırılacaq

Manukyan polisə çağırılacaq
  27 Yanvar 2021    Oxunub:2077
Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan izahat vermək üçün polisə çağırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan polis rəhbərinin müavini Ara Fidanyan deyib.

Dünən Manukyan Ararat şəhərinin sakinləri ilə görüşündə "biz konstitusiya yolu ilə gedirik və Nikol Paşinyanı qovmalıyıq",- deyə bildirib.

O əlavə edib ki, nəticə əldə edə bilməsək, üsyana getməliyik. Ancaq bu, zorakı olmayan şəkildə baş verməlidir .

Fidanyanın sözlərinə görə, polis siyasi qiymətləndirmələrlə çıxış etmir və bu mövzuda lazımi tədbirlər görüləcəkdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VazgenManukyan  





Xəbər lenti