“Regionumuzda yeni imkanlar açılıb” - Prezidentin köməkçisi

  27 Yanvar 2021    Oxunub : 2370
 “Regionumuzda yeni imkanlar açılıb” -    Prezidentin köməkçisi
"Azərbaycan öz ərazilərini işğaldan azad edib və indi regionumuzda yeni imkanlar açılıb. Bu xüsusda bütün regionun geniş mənada geosiyasətini dəyişdirərək əməkdaşlığa və inkişafa yönəltmək istiqamətində Türkiyə ilə Azərbaycan qarşısında mühüm vəzifələr durur".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

H.Hacıyev bildirib ki, Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir:

"Ona görə də Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır. Azərbaycanla Türkiyənin sıx birliyi üçün möhkəm zəminlər var. Azərbaycan ilə Türkiyə TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri birgə həyata keçirib. Türkiyə və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində və diaspor sahəsində də sıx əməkdaşlıq edir".

Azvision.az

Teqlər: Hikmət-Hacıyev   Türkiyə   Azərbaycan