İngilislər daha çox erotik kitab oxuyur?!
Statistiklərin bildirdiyinə görə, `Grinin Elli Tonu` kitabı ingiltərə kitabxanalarında ən çox oxunan ilk üçlüyə daxil ola bilib.
Azvision.az saytının verdiyi məlumata görə, ötən il bu kitab xüsusən qadınlar arasında böyük maraq yaradıb, bu da onun kitabxanalarda ən çox kirayələnən kitablardan biri olmasına səbəb olub.
Ingilis gənc bir qızın xarizmatik və iş adamı olan kişiylə eşqindən bəhs edən kitab 52 dildə 90 milyondan artıq tirajla satılıb. İngiltərədə ən çox kirayələnən kitabların önündə isə Lee Childın `The Affair` ve `Wanted Man` adlı kitabları gəlir.
Indigo Bloomenin daha öncələrin ən çox oxunan erotik romanı olan `Destined to Feel` kitabı isə 11200 dəfə kitabxanalardan götürülüb.
Bu yaxınlarda isə `Grinin Elli Tonu` romanına çəkilən film ekranlara buraxılacaq.
Emin
Teqlər: