Koronavirusa yoluxanların sayı 101 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 101 milyonu keçdi
  28 Yanvar 2021    Oxunub:1405
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 101 milyon 441 min 177 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 184 min 273 nəfərdir. İndiyədək 73 milyon 325 min 507 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 26 166 201 nəfər virusa yoluxub, 439 517 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 702 031 yoluxma qeydə alınıb. Onlardan 153 885 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 000 485 nəfərdə virus aşkar edilib. Xəstələrdən 220 237 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 774 672 yoluxma, 71 076 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 715 054 nəfər virusa yoluxub ki, onlardan 101 887-si ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti