Respublika partiyasını 30 mindən çox üzvü tərk edib

 Respublika partiyasını 30 mindən çox üzvü tərk edib
  28 Yanvar 2021    Oxunub:1442
Yanvarın 6-da ABŞ-ın Konqres binasında baş vermiş iğtişaşlardan sonra 30 mindən çox şəxs Respublika partiyasını tərk edib.
Azvision.az xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

Qeyd olunub ki, bu hal prezident seçkilərində məğlub olmuş və gələcək fəaliyyətini müəyyənləşdirməyə çalışan respublikaçılar üçün problemlər yarada bilər.

Məlumata görə, yanvar ayının əvvəllərindən bəri Pensilvaniyada qeydə alınan 10 000 seçici respublikaçılarla əlaqələrini kəsib. Onların üçdə biri demokratlara qoşulub, qalanları heç kimlə birləşməməyə üstünlük verib.

Eyni zamanda, bu ştatda demokratların təxminən üçdə biri (2 min) respublikaçıların sırasına qatılıb. Şimali Karolinada 6 min, Arizonada 5 min nəfər respublikaçıların sırasında olmaqdan imtina edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Respublikapartiyası  





Xəbər lenti