BMT-nin Baş katibi: “Hamı bundan faydalanacaq”

 BMT-nin Baş katibi:  “Hamı bundan faydalanacaq”
  28 Yanvar 2021    Oxunub:1571
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin) sammiti son zamanlarda qeyri-effektiv olan aparıcı güclər arasındakı münasibətləri düzəltməyə kömək edə bilər.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterriş deyib.

"Düşünürəm ki, aparıcı dünya gücləri arasındakı münasibətlər səriştəsiz idi. Bu əlaqələrin daha yaxşı işləməsi çox vacibdir, hamı bundan faydalanacaq", - Baş katib əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AntonioQuterriş  





Xəbər lenti