Qarabağa investisiya qoymaq üçün müraciət edənlərin sayı açıqlandı

 Qarabağa investisiya qoymaq üçün müraciət edənlərin sayı açıqlandı
  28 Yanvar 2021    Oxunub:2733
Qarabağda investisiyaların qoyulması üçün bu günədək 90-a yaxın sahibkar tərəfindən müraciətlər olub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında deyib.

O bildirib ki, müraciətlər əsasən yerli sahibkarlar tərəfindən edilib:

“Xarici investisiyaların da cəlb edilməsi nəzərdə tutulur. Lakin bunun üçün təhlükəsizlik məsələləri həll edilməlidir. Bundan sonra xarici investorlar cəlb edilə bilər. Eyni zamanda orada investisiya qoyan sahibkarlar üçün əlavə imtiyazlar verilə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: AZPROMO   Qarabağ  





Xəbər lenti