Xarici investisiyaların təşviqinə dair strategiya hazırlanır

Xarici investisiyaların təşviqinə dair strategiya hazırlanır
  28 Yanvar 2021    Oxunub:2185
Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə “Birbaşa xarici investisiyaların təşviqinə dair 2021-2025-ci illər üçün Strategiya” hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, strategiyada investorlara xüsusi fərdi xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Y.Abdullayev, həmçinin bildirib ki, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsi əsas fəaliyyət istiqamətlərindəndir.

Aytən Zəhra
Azvision.az


Teqlər: İxrac   AZPROMO  





Xəbər lenti