Moskva görüşündə nələr müzakirə olunacaq? - Qriqoryan açıqladı
Qriqoryanın sözlərinə görə, görüşdə üç liderin 11 yanvarda qəbul etdikləri birgə bəyanatının müzakirəsi planlaşdırılır:
"Hələ ki, bundan əlavə daha detallı nəsə demək mümkün deyil. Bəyanatın 4-cü bəndinin - Ermənistan və Azərbaycan arasında kommunkikasiya və nəqliyyat infrastrukturlarının bərpası müzakirə mərkəzində olacaq".
O, bloklanmanın aradan qaldırılmasının çətin iş olduğunu, əlavə müzakirə, təhlil və dəqiqləşdirmə tələb edən bir çox məsələnin mövcudluğunu deyib. Ancaq bu problemlərin həllini mümkün sayır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: görüş